Ucarda "Toyota Prado" aşdı, ağır yaralılar var

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb. 

 

90 CC 120 dövlət nömrə nişanlı "Toyota  Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri - 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini, 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

 

Faktla bağlı Baş Dövlət yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.   

 

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR