ABŞ ordusunun komandanı Ankarada

ABŞ Silahı Qüvvələrinin Baş Qərargah rəisi Jozef Dunford Türkiyəyə rəsmi səfərə gəlib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,  Ankarada Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Dunford arasında görüş olub.

 

Görüş 5 saat davam edib.  Danışıqların detalları barədə məlumat da yayılıb.


Türk ordusunun qərargahında Suriya və İraqın ərazi bütövlüyünün qorunması, anti-terror əməliyyatlarının davam etdirilməsinin vacibliyi vurğulanıb. Suriyanın şimalında Türkiyənin dəstəyi ilə keçirilən "Fərat qalxanı" əməliyyatına koalisiya qüvvələrinin dəstəyinin genişləndirilməsinin əhəmiyyəti önə çəkilib və Azad Suriya Ordusunun İŞİD-dən təmizlədiyi Cerablusa mülki əhalinin köçürülməsinə təhlükəsiz şəkildə yardım edilməsi mütləq hesab edilib.

Türkiyənin Telafer və Sincar bölgələrindəki maraqları da danışıqlar mövzusu olub.



 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR