Zaqatalada meşədə meyit tapılıb
Zaqatalada at arabası ilə meşəyə odun toplamağa gedən 38 yaşlı kişi meşədə ölü tapılıb.
APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Əliabad qəsəbəsi ərazisində baş verib. Qəsəbə sakini 38 yaşlı Cəbrayılov Cəbrayıl at arabası ilə meşəyə odun, çırpı toplamağa gedib. Arabanı yükləyib qayıdarkən meşənin bataqlıq hissəsində araba batıb. Arabadakı yükü boşaldıb arabanı bataqlıqdan çıxararaq təkrar yükləyib yoluna davam etmək istəyərkən araba növbəti dəfə batıb.
Cəbrayıl axşam evə gəlmədikdə yaxınları onu axtarmağa gediblər, lakin onu tapmayıb qayıdıblar. Bu gün səhər təkrar axtarışa çıxan kənd sakinləri onu və atı meşədə ölmüş vəziyyətdə tapıblar.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
1034
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
994
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1041
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2065
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2195
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2176