Prezident Eritreya səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 5-də Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Petros Tseqqai Asghedomun etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Petros Tseqqai Asghedom fəxri qarovul dəstəsinin qarşısından keçib.
Petros Tseqqai Asghedom etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Səfir Petros Tseqqai Asghedom Eritreya Dövlətinin Prezidenti İsaias Afeverkinin salamlarını dövlət başçısına çatdırıb. O, ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. Səfir əməkdaşlığımızın inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini deyib.
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin o qədər də fəal olmadığını vurğulayan dövlət başçısı İlham Əliyev Petros Tseqqai Asghedomun səfir kimi Azərbaycanda fəaliyyətinin müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib. Ticarət sahəsində əməkdaşlığın çox aşağı səviyyədə olduğunu deyən dövlətimizin başçısı səfirin ölkəmizin müxtəlif strukturlarının nümayəndələri ilə çoxlu görüşlər keçirəcəyinə, iqtisadi və digər sahələrdə əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı müzakirələr aparacağına ümidvar olduğunu bildirib.
Azərbaycan prezidenti İlham Əliyev prezident İsaias Afeverkinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Eritreya dövlətinin başçısına çatdırmağı xahiş edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər