Azərbaycanda taksi sürücülərini qarət edən DƏSTƏ ÜZVLƏRİ ƏLƏ KEÇDİ
Sumqayıtda 10-dan çox dələduzluq və soyğunçuluq epizodunda təqsirləndirilən dəstə üzvləri həbs olunublar. APA TV-nin məlumatına görə, dəstənin əsas iş fəaliyyəti taksi sürücülərini qarət etmək olub. Qrupa rəhbərlik edən Vüsal Əhmədov əvvəllər ibadətlə məşğul olsa da, dediyinə görə, sonradan “şeytan onu yolundan azdırıb”. Həbs olunan şəxslər Bakıya gələrək taksi sürücülərinə rayona getmək istədiklərini bildiriblər. Qiymət razılaşandan sonra Sumqayıtdakı evdən çantalarını götürməli olduqlarını deyiblər. Yolda sürücüdən 40-50 manatda alıb , evə qalxıb düşəndən sonra qaytaracaqlarını söyləyiblər. Taksi sürücülərini yolda qarət edən şəxslər əldə etdikləri pulları restoranlarda yeyib içməyə , əlləri yaxşı gətirəndə isə narkotik maddə almağa xərcləyiblər. Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi