Bakıdan Nar bayramına gedən ailə qəzaya düşüb, 2 nəfər ölüb
İsmayıllı rayonunda iki nəfərin ölümü, iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Şamaxı-İsmayıllı yolunda qeydə alınıb.
Bakının Xətai rayon sakini 1976-cı il təvəllüdlü Salmanov Samir Cümşüd oğlunun idarə etdiyi 99-FH-679 dövlət nömrə nişanlı "Mersedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü Samir Salmanov və qızı 2001-ci il təvəllüdlü Salmanova Rəhimə Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə zamanı sürücünün həyat yoldaşı, 1980-ci il təvəllüdlü Salmanova Elnarə Xəlil qızı və anası 1948-cı il təvəllüdlü Amaliya Salmanova aldıqları ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.
Məlumata görə, ailə üzvləri bu gün keçiriləcək Nar bayramında iştirak etmək üçün Bakıdan Göyçay rayonuna gedirmişlər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər