Bakıda möhtəşəm bayraq yürüşü - REPORTAJ

"9 Noyabr Azərbaycanda "Bayraq Günü" kimi qeyd olunur. Bu münasibətlə Təhsil Nazirliyi "Bayraq yürüşü" təşkil edib. Hazırda Azneft meydanından  başlayan yürüş, Azərbaycan Dövlət Bayrağı meydanına kimi davam edəcək".

 

Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazir müavinləri, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali məktəblərin rektorları, ziyalılar, müəllim, tələbə və şagirdlər iştirak edib.

 

APA TV-nin məlumatına görə, yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği və gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasıdır.

 

"Gənclər bu yürüşə "Mən Azərbaycanlıyam", "Dövlət Bayrağı Günü" və s.  yazılan haştaqlarla qoşulub".   

 

"Milli parkda əsl bayram ab-havası yaşanır. Milli musiqilərimizin sədası altında yürüş davam edir".

 

Təhsil naziri Mikayıl Cabbarov bu günün keçirilməsinin vacibliyini qeyd edib: "İlk növbədə qarşıdan gələn bayramınızı təbrik edirəm. Çox gözəl dəyərləndirirəm. Təhsil Nazirliyi tərəfindən ənənəvi olaraq artıq 3-cü ildir ki, keçirilən bir yürüşdür. Minlərlə gəncimizin, tələbəmizin, rəsmilərimizin burada iştirakı hesab edirəm ki, bayrağımıza olan münasibətin ən gözəl təzahürüdür. Prezident tərəfindən təsis edilən bu bayram dövlətimizə, bayrağımıza olan hər bir vətəndaşın münasibətini nümayiş etdirmək üçün çox gözəl bir fürsətdir".

 

Yürüşə Azərbaycanın taınımış idmançısı Toğrul Əsgərov da qoşulub: "Bütün Azərbaycan xalqının bayramını təbrik edirəm, biz bayraqdar kimi çox sevinirik ki, Azərbaycanda bayraq günüdür. Biz də hər zaman o bayrağı şərəflə Avropa Olimpiya oyunlarında dalğalandırırıq. Bizim üçün ikiqat sevincdir".

 

Bayraq günü ilə bağlı olan yürüşə təkcə həmyerlilərimiz deyil, eyni zamanda paytaxta gələn turistlər də  qoşulub: "Azərbaycanda Bayraq günüdür. Baxıram ki, hamı xoşbəxtdir. Mən də sevinirəm ki, sizin belə bayramınız var. Sağ ol Azərbaycan. Mən səni sevirəm Azərbaycan. Azərbaycan, Bayraq bayramı gününüz mübarək".

 

"Hazırda yürüş iştirakçıları Dövlət Bayrağı Meydanındadır. Onları Cəmşid Naxçıvanski adına liseyin orkestri qarşılayır".


Yürüşdə iştirak edən tələbələr Azərbaycan bayrağının işğal altındakı ərazilərimizdə dalğalanacağına əmin olduqlarını söyləyiblər.
 

"Beləliklə, bayraq yürüşü sona çatdı. Arzu edirik ki, hər zaman bayrağımız zirvələrdə olsun. Bir daha yüksələn bayraq bir daha enməz!" 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR