İraq ordusu Mosul yaxınlığında qəsəbəni İŞİD-dən azad etdi
İraq ordusu İŞİD-in nəzarəti altında olan Mosulun cənubundakı Hamman əl-Əlil qəsəbəsini azad edib. APA TV-nin məlumatına görə, İraqın Birgə Hərbi Komandanlığı Hamman əl-Əlilə 2 istiqamətdən hücum edib. Qeyd edək ki, qəsəbə Mosuldan 30 kilometr aralıda yerləşir. Hamman əl-Əlil Dəclə çayı sahilində yerləşən sonuncu vacib məntəqə sayılır.
Bu arada BMT-nin Qaçqınlar üzrə Agentliyi bəyan edib ki, İŞİD oktyabrın 17-dən bəri İraq ordusu və koalisiya qüvvələrinin Mosulu azad etmək üçün hücumundan sonra Hamman əl-Əlildəki 9 və daha yuxarı yaşda olan oğlanları ələ keçirməsi və təlimatlandırdığı ilə bağlı məlumatlar daxil olub. Oğlanların terror qruplaşmasının tərəfində vuruşmaq üçün orduya cəlb olunduğu deyilir.
İraq ordusu Mosulun şərqində öz mövqelərini gücləndirməkdə davam edir.
Şahidlərin sözlərinə görə, bu gün səhər saatlarından bir neçə rayonunda toqquşma olub və İraqın hərbi maşın karvanları bir neçə əraziyə daxil olub.
Suriyanın şimal sərhədində isə Türkiyə ordusu cəlb olunub. Son 24 saat ərzində Türk hərbçiləri Şimalı İraqda 71 İŞİD hədəfini məhv edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər