İmişlidə mal-qara oğruları ələ keçdi
İmişlidə silsilə oğurluq edən 4 nəfərdən ibarət dəstə saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayon polis şöbəsinə vətəndaşlardan daxil olan şikayətlər əsasında keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində oğurluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Əvvəllər məhkum olunmuş, 30 yaşlı Beyləqan sakini Məmmədov Elçin Qəfər oğlu və İmişli sakini, 21 yaşlı Qarayev Sənan Əhliman oğlu saxlanılıb. Adı çəkilən şəxslər qabaqcadan əlbir olaraq sentyabr ayının 20-də Qaravəlli kəndində vətəndaşa məxsus, dəyəri 300 manat olan 2 baş xırda buynuzlu heyvanı aparıblar. Faktla bağlı araşdırma zamanı dəstənin digər üzvləri də saxlanIlıb. Belə ki, Elçin Məmmədov İmişli sakinləri, 21 yaşlı Əliyev Elməddin Habil oğlu və İmanzadə Cəmaləddin İlham oğlu ilə əlbir olaraq avqust ayının 7-də Bəhrəmtəpə qəsəbəsində vətəndaşa məxsus təkər təmiri sexindən 1600 manat dəyərində yük avtomobillərinə aid ehtiyat hissələri oğurlayıblar. Əldə etdikləri ilə kifayətlənməyən Elçin və Elməddin 27 aprel tarixində Cavadxanlı kəndində mağazadan 530 manat dəyərində, daha sonra həmin gecə rayonun Qaralar kəndində yerləşən mağazadan isə 2369 manat dəyərində ərzaq malları və digər əşyalar aparıblar. Elməddin və Cəmaləddin avqust ayında çöldən vətəndaşa məxsus 2 baş xırda buynuzlu heyvanı oğurlayıblar.
Faktla bağlı İmişli rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər