İŞİD: Türkiyədə terroru biz törətmişik

İŞİD terror təşkilatı Türkiyənin Diyarbəkir vilayətində törədilən terror hadisəsinə görə məsuliyyəti öz üzərinə götürüb.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu barədə sözü gedən terror qruplaşmasına yaxın mətbuat orqanları xəbər verib.

 

Sözü gedən terror hadisəsi dünən baş verib. Polis məntəqəsinin qarşısında partlayıcı qurğu quraşdırılmış avtomobilin partlaması nəticəsində azı 8 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

 

Qeyd edək ki, hadisədən dərhal sonra ölkə rəsmiləri partlayışın PKK tərəfindən törədildiyi versiyasını irəli sürüb və Türkiyədə fəaliyyət göstərən etnik kürd partiyasının - BDP-nin  sədri Səlahəddin Dəmirtaş həbs edilib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR