NBC: Amerikalı hakerlər Kremlin idarəetmə sistemini ələ keçirib
ABŞ hərbçiləri Rusiya ilə mübarizəyə dair kibernetik silah hazırlayıblar. APA TV-nin məlumatına görə, bu barədə NBC telekanalı məlumat yayıb. Telekanala açıqlama verən yüksək rütbəli hərbçilər bildirib ki, artıq amerikalı hakerlər Kremlin idarəetmə sisteminə və telekommunikasiya şəbəkələrinə daxil olmağı bacarıblar. Bundan başqa amerikalı hakerlərin Rusiyanın enerji sisteminə də daxil olduğu bildirilir. Telekanalın müsahibləri bldiriblər ki, kibernetik silah yalnız Rusiya ABŞ-ın vacib infrastrukturuna hücum edəcəyi təqdirdə işə salınacaq.
Xatırladaq ki, Ağ Ev avqustda Rusiyanı Demokrat Partiyanın kompüterlərinin şifrlərini sındırmaqda və siyasi proseslərə müdaxilədə ittiham edib. Kreml isə bu ittihamlarla razılaşmayıb. Ötən ay yenə NBC kanalı Mərkəzi Kəşfiyyat idarəsinin Rusiyaya qarşı gizli kiber aksiyaya hazırlaşdığı barədə məlumat yaymışdı. Hazırlığa səbəb Rusiyanın ABŞ-da prezident seçkilərinin gedişinə müdaxiləsinin qarşısını almaqdır. Bu məqsədlə formalaşdırılan MKİ komandasına yüz milyonlarla dollar vəsait ayrılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər