İŞİD Mosulda 1600 sakini girov götürüb - RƏSMİ

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının terrorçuları 1600 dinc sakini girov götürüb. APA TV xəbər verir ki, bu barədə BMT-nin məlumatında deyilir.

 

İraq ordusu və beynəlxalq koalisiya qüvvələrinin endirdiyi hava zərbələri zamanı terrorçular yerli sakinlərdən “canlı sipər” kimi istifadə edir.

 

Məlumata görə, şəhərdə kütləvi edam halları davam edir. Noyabrın 3-də Mosulda 180 sabiq dövlət qulluqçusu və 200 dinc sakini edam edilib. Həmçinin terrorçular 9-10 yaşlı uşaqları terror aktlarının həyata keçirilməsinə cəlb edir.

 

Mülki əhali Mosuldan qaçmaqda davam edir. Şəhərdən 30 kilometr aralıda kürd silahlılarının postuna qədər gələn mosullular təhlükəsiz bölgəyə köçürülmələrini gözləyirlər.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR