Ermənilər cəbhə bölgəsində çobanları atəşə tutub

Erməni silahlı birləşmələri cəbhədə təxribat törətməkdə davam edir. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, ermənilər son günlər Goranboyun Tapqaraqoyunlu kəndini mütəmadi atəşə tutur.

 

Atəşə məruz qalanlar isə əsasən mülki obyektlərdir. Belə ki, işğalçıların mal-qara otaran çobanları atəşə tutması nəticəsində kənd sakini Behbud Aslanova məxsus 1 baş iribuynuzlu heyvan tələf olub.

 

Bəhlul Aslanov, kənd sakini: “Heyvanı suya çıxartmışdıq. Gördüm erməni atır. Axşamtərəfi gördüm ki, inəyi vurublar”.

 

Ermənistan silahlı bölmələrinin atdığı güllələr mülki sakinlərə məxsus evlərə də dəyir, kənd sakinləri küçəyə çıxmaqdan çəkinirlər.

 

Afina Aslanova, kənd sakini: “Səhər saat 11 radələrində atırdılar. Biz evdə otururuq, açıqlığa çox çıxmırıq. Güllə gəldi evin üstünə düşdü, şiferi sındırdı. Heyvan gəlmədi. Axşam çıxanda gördük ki, vurublar”.

 

Kənd sakinləri bildirirlər ki, mülki əhalini və təsərrüfata atəşi snayperlər açırlar.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR