Tovuzda dağ uçqunu oldu

Tovuzda dağ uçqunu baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun Qoşa kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Yağan yağışlar nəticəsində qaya parçaları avtomobil yoluna tökülərək maşınların hərəkətində bir müddət ləngimələr yaradıb. Aidiyyəti qurumların əməkdaşları dərhal yolu iri daşlardan təmizləyiblər və yolda hərəkət bərpa edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR