Bərzani: "HDP-çi deputatların saxlanılması narahatlıq doğurur"

Şimali İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Bərzani Türkiyədə saxlanılan HDP-çi millət vəkillərinin sərbəst buraxılmasına dair çağırış edib.

 

APA TV-nin məlumatına görə, Bərzani yaydığı açıqlamada HDP-çi deputatların saxlanılmasının narahatlıq doğurduğunu bildirib.

 

Bərzaninin rəhbərlik etdiyi siyasi partiya KDP-nin parlament qrupu da xüsusi açıqlama yayaraq, həbslərin Türkiyədəki demokratikləşmə prosesinə xidmət etmədiyini bildirib. "Bu gün Yaxın Şərqdə baş verənlərin fonunda Türkiyədən sülh və demokratiyanın dəstəklənməsini gözləyirik. Problemin tezliklə həllini, zorakılığın əvəzində sülh yoluna qayıdılmasına ümid edirik", deyə açıqlamada bildirilir.

 

Bu arada saxlanılan HDP millət vəkili Sırrı Süreyya Öndər nəzarət şərti ilə sərbəst buraxılıb.

 

Xatırladaq ki, Türkiyədə HDP-yə qarşı keçirilmiş əməliyyatda aralarında partiya sədri Səlahəddin Dəmirtaş da olmaqla, 12 millət vəkili saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR