İslam Həmrəylik Oyunlarındakı idman növlərinin sayı müəyyənləşib
Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunlarındakı idman növlərinin sayı artıq konkretləşib. Bundan sonra hansısa yeni idman növünün əlavə olunması və yaxud çıxarılması barədə müzakirələr getməyəcək.
APA TV-nin xəbərinə görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova deyib.
Oyunların başlamasına 6 aydan artıq vaxt qaldığını deyən mətbuat katibinin sözlərinə görə, noyabrın 8-də Bakıda Koordinasiya Komissiyasının 4-cü iclası keçiriləcək: "Bu iclasda gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəylik İdman Federasiyasının baş katibi və digər rəsmilər iştirak edəcəklər. Əslində iclas 2 gün - noyabrın 8-9-da davam edəcək. Birinci günündə müzakirə olunacaq mövzular nəqliyyat, könüllülərlə işin qurulması və s. İclasın ikinci günündə digər əsas mövzular müzakirə ediləcək. Kommersiya, büdcə məsələləri, eyni zamanda yayım məsələləri, bundan əlavə, idmançıların hansı arenalarda yarışacaqları, idman arenaları və ümumiyyətlə, ölkəmizə gələcək idmançıların konkret sayının müəyyən olunması və əsasən hansı ölkələrdən gələcəkləri müzakirə olunacaq".
Qeyd edək ki, İslam Həmrəylik Oyunları gələn il mayın 12-22-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər