Qaradağ sakinindən 40 kq-dan çox narkotik götürüldü
Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Korgöz-Aznes qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağayar Məhərrəmov saxlanılıb.
APA TV-nin xəbərinə görə, polis bölməsində onun üzərinə baxış zamanı ümumi çəkisi 2 qrama yaxın olan qurudulmuş marixuana aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq A.Məhərrəmovun yaşadığı evə baxış zamanı oradan əlavə 10 kiloqram qurudulmuş marixuana və 30 kiloqram çətənə kolu da aşkar edilərək götürülüb.
İlkin ifadəsi zamanı saxlanılan şəxs narkotik tərkibli bitkiləri həyətyanı sahəsində əkdiyini, onlara aqrotexniki qaydada xüsusi qulluq etdiyini və qurutduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər