Qubada avtomobil yolunda sürüşmə baş verib
Quba-Zərqova kənd yolunda torpaq sürüşməsi baş verib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, sürüşmə yolun 3 hissəsində qeydə alınıb.
Son günlər havaların yağıntılı keçməsi yolda çökməyə və çatların yaranmasına da səbəb olub. Kənd sakinlərinin sözlərinə görə, 9 kəndi rayon mərkəzi ilə birləşdirən yoldan 4 mindən artıq sakin istifadə edir.
Mahir Xudaverdiyev, kənd sakini: "Demək olar ki, 15 gündür yağış yağır. Sürüşmə olub, bura indi təhlükəlidir. Ağır maşınlar keçir burdan. Bir də bilməyən adam gəlir, bilmir burda bu vəziyyətdir. Xahiş edirik ki, bunları düzəltsinlər. Yuxarıda da bir hissədə sürüşmə var".
Yolda torpaq sürüşməsinin baş verdiyi ərazilər sakinlər tərəfindən nişanlanıb. Yoldan mütəmadi istifadə etməyən sürücülərin həmin yerlərdən hərəkəti təhlükəlidir.
Quba Rayon İcra Hakimiyyəti başçısının Zərqova kəndi üzrə nümayəndəsi Fərman Tahirovun sözlərinə görə, yolda sürümə baş verən ərazilərə mütəxəssislər tərəfindən baxış keçirilib. Təbii fəlakətin olduğu bəzi hissələrə daş tökülməsi qadağan edilib, çünki bu çökməyə səbəb ola bilər. Həmin yerlərdən suötürücü boruların qoyulmasına qərar verilib. Digər 2 sürüşmə yerinə isə çınqıl və daş tökülərək cari təmir işləri yaxın 10 gün ərzində aparılacaq.
14 km-lik Quba-Zərqova avtomobil yolu 1970-ci illərdə çəkilib, 25 il öncə isə yola asvalt döşənib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər