Şirvanda beton qarışdıran avtomobil aşdı

Şirvanda beton qarışdıran mikser avtomobil yoldan çıxaraq aşıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Şirvan-Sabirabad yolu istiqamətində baş verib.

 

Tikinti şirkətlərindən birinə məxsus olan İVECO markalı 90 JZ 202 dövlət nömrə nişanlı beton qarışdıran avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət alan olmasa da, şirkətə məxsus əmlaka ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı

OXŞAR XƏBƏRLƏR