Kürdəmirdə "Mercedes" aşdı: 1 yaralı

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün gündüz saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 39-cu kilometrliyində, Kürdəmir rayonunun Atakişili kəndi ərazisində qeydə alınıb.

 

Laçın rayon sakini, 1985-ci il təvəllüdlü Ramil Şahlar oğlu Məcnunov idarə etdiyi "Mercedes" markalı maşınla İmişli rayon istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

 

Xəsarət alan R.Məcnunov Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ona orada ilkin tibbi yardım göstərilib. Yaralının vəziyyəti ağır olduğundan, müalicə məqsədilə paytaxta göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR