İŞİD lideri Mosuldan qaçdı

İraq ordusu Mosulun şərqində daha 6 rayonu İŞİD terrorçularından təmizləyib.

 

APA TV-nin məlumatına görə, İraq Terrorizm Əleyhinə Xidməti bəyan edib ki, artıq Malayin, Samah, Kadra, Kərkükli, Qüds və Karama rayonlarında binalardan İraq bayraqları sancılıb.

 

Hökumət qüvvələri İŞİD liderinin tərəfdarlarına şəhəri tərk etməməyə dair göstərişindən sonra öz mövqelərini daha da gücləndirib. Xüsusi təyinatlılar və kürd qüvvələri Mosul şəhərinin 4 istiqamətində əməliyyatları davam etdirir.

 

Bu arada İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin artıq Mosulu tərk etdiyi bildirilir. Bu barədə Qərb mətbuatı xüsusi xidmət orqanlarına istinadən məlumat yayıb. Pentaqon rəsmisi isə bildirib ki, əl-Bağdadi İraq üzərində nəzarəti itirib.

 

Mosula nəzarəti itirməsinə cavab olaraq İŞİD terror qruplaşması İraqın Şirqat şəhərinə hücum edib, məscid və bir neçə evi ələ keçirib. 7 İraq hərbçisi öldürülüb. Şirqat Mosuldan 100 km uzaqda yerləşir.

 

Qeyd edək ki, Mosulun İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb. Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətindədir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR