Sabah hava küləkli və yağışlı olacaq

Noyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam isə buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 12-16 dərəcə isti, Bakıda gecə 8-10 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR