Şavarş Koçaryan: "Apreldən sonra atəşkəs rejiminin möhkəmlənməsində maraqlıyıq"

"Cəbhə xəttindəki gərgin vəziyyət göstərir ki, biz Vyana və Sankt-Peterburqda əldə olunan razılaşmaları qeyd-şərtsiz yerinə yetirməliyik".

 

APA TV-nin məlumatına görə, bu fikirləri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan səsləndirib.

 

Ş.Koçaryan cəbhə xəttində baş verənlərdən ölkəsinin ciddi şəkildə narahatlıq keçirdiyini gizlətməyib: "Vəziyyəti düzgün anlamağa çalışın, atəş açan tərəfi sözlə sakitləşdirmək mümkün deyil. Aprel müharibəsindən sonra Ermənistan təmas xəttində atəşkəs rejiminin möhkəmlənməsi və atışma səslərinin eşidilməməsi üçün mexanizmlərin yaradılmasında maraqlıdır".

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR