Belçika məhkəməsi PKK-nı terror təşkilatı saymadı - NONSENS

Belçika məhkəməsi PKK-nı terror təşkilatı kimi tanımayıb. APA TV-nin məlumatına görə, Brüsseldə bir məhkəmə PKK-nın Türkiyədəki fəaliyyətinin "silahlı mübarizə çərçivəsində olduğu üçün terror cinayəti sayılmaması"na dair qərar qəbul edib.   

 

Aralarında Kongra-Gel həmsədri Remzi Kartal və Zübeyir Aydarın da olduğu 36 şübhəli sərbəst buraxılıb. Hər iki şəxs PKK-nın Avropadakı rəhbərliyi arasında yer alır. Belçika federal prokurorunun bu qərara etiraz etmə haqqı var.

 

Belçikada PKK haqqında ilk dəfə 2006-cı ildə istintaq başlayıb. İş məhkəməyə 2015-ci ildə verilib. Prokurorluq PKK rəhbərlərini "terror aktları törətmək", "zorla xərac almaq", "saxta sənəd düzəltmək və ticarətini etmək"də təqsirləndirib.

 

PKK-çılar eyni zamanda Avropada azyaşlı uşaqları valideynlərindən alıb Türkiyənin cənub-şərqi, İraq və Yunanıstandakı düşərgələrdə silahlı mübarizəyə hazırlamaqda günahlandırılıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR