Şirvanda 7 otaqlı ev zirzəmisindəki avtomobillərlə birlikdə yandı
Bu gecə Şirvan şəhərinin İsmət Qayıbov küçəsində yanğın hadisəsi qeydə alınıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın Şirvan sakini, 1941-ci il təvəllüdlü Həsənova Münəvvər İsmayıl qızına məxsus ümumi sahəsi 306 kv. m olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidəki 2 ədəd - “QAZ-24” və “QAZ-31” markalı minik avtomobilləri və 4 otağın yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 153 kv. m sahədə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Son anda birinci qrup əlil və yaşlı ev sahibəsi xilas edilib. 9 nəfə ailə üzvü evsiz qalıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın zamanı avtomobilin maye qaz balonuna yanğının keçməsinin və baş verə biləcək partlayışın qarşısı yanğınsöndürənlərin böyük riski hesabına alınıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğına elektrik enerjisində baş verən qısa qapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər