Rusiyada sevgilisini və onun 4 yaşlı qızını öldürən azərbaycanlı tutuldu

Rusiya polisi sevgilisinin və onun 4 yaşlı qızının qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğlunu Orenburq vilayətinin Orsk şəhərində saxlayıb.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilir.

 

Rauf Qardaşov yaşayış binasının qarşısında saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib. Polislər bıçaqla hücum etməyə cəhd edən R.Qardaşova xidməti silahdan atəş açaraq yaralayıblar. Ona artıq tibbi yardımın göstərildiyi bildirilir.

 

Xatırladaq  ki, ötən gecə Dombarovski küçəsində 35 yaşlı qadının və onun 4 yaşlı qızının boğazları kəsilmiş meyiti tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, qətli törədən 32 yaşlı Azərbaycan vətəndaşı Qardaşov Rauf Cəmaləddin oğludur.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR