Bakıda 11 piyada keçidi inşa olunur, daha 9-u tikiləcək
Bakı şəhərində bir neçə yerdə yerüstü və yeraltı piyada keçidlərinin inşası aparılır.
"Azəravtoyol" ASC-dən APA TV-yə verilən məlumata görə, məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də nəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
İlkin olaraq 11 bu cür yerdə hazırda keçidlərin inşası aparılır. Bu aşağıdakı ərazilərdir:
1. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-ci km-i (Xırdalan qəbiristanlığının yaxınlığı), 13.7-ci km-i və 27.7-ci km-i (Ceyranbatan qəsəbəsi);
2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12.3-cü km-i (Sulutəpə qəsəbəsi), 23.5-ci və 24.4-cü km-i (Müşfiq qəsəbəsi);
3. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun 18-ci km-i;
4. Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsi (yeraltı keçid);
5. Zabrat-Maştağa avtomobil yolunun Sabunçu körpüsündən düşən hissəsi;
6. Zığ-Hövsan avtomobil yolunun 1.8-ci və 4.3-cü km-i.
Artıq həmin keçidlərdən ikisində işlər yekunlaşmaq üzrədir. Bu, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 12-ci km-də və Sabunçu körpüsünün yaxınlığında inşa edilən yerüstü piyada keçidləridir. Bakı-Sumqayıt yolundakı keçiddə artıq son tamamlanma işləri aparılır. Belə ki, keçidin pilləkən və asma hissəsi tam hazırdır, hazırda dirəklərin üzlənməsi işləri aparılır. Sabunçu körpüsünün yaxınlığındakı keçidin tikintisi isə son mərhələdədir.
Bundan başqa, daha 9 yerdə yaxın zamanda keçidlərin tikintisinə başlanılacaq. Bu aşağıdakı ərazilərdir:
1. Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 27-ci km-i (Ceyranbatan qəsəbəsi);
2. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-i (Hökməli dairəsinin yaxınlığı);
3. Yasamal rayonu Hüseyn Cavid parkının qarşısında (yeraltı keçid)
4. Mərdəkan-Zağulba yolunda ("Xrustalnı" adlanan ərazi);
5. Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-i;
6. Zığ-Hövsan avtomobil yolunun 2.6-cı km-i;
7. Xətai rayonu, Neapol küçəsi ( 171 nömrəli məktəbin yaxınlığı ), həmçinin M.Hadi və S.Ə.Şirvani küçələrinin kəsişməsi;
8. Moskva prospekti, "Şamaxinka" adlanan ərazi.
İnşası aparılan və yeni inşa olunacaq yerüstü piyada keçidləri 1 və 2 aşırımlı (orta dayaqlı) olmaqla yüngül konstruksiyalıdır. Keçidlərin bir neçəsi istisna olmaqla əksəriyyəti üstü açıq və pilləkən hissədən ibarətdir.
Yaxın zamanlarda zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər