Neft yenə ucuzlaşdı
Birjalarda neftin qiyməti ucuzlaşmaqda davam edir. Ötən gün "Brent" markalı neftin bir bareli 47,39 dollardan satılıb. Bundan sonra eyni markadan olan neft ucuzlaşmağa başlayıb. Hazırda "Brent" neftin bir bareli 46,48 dollardan təklif olunur.
Qərbi Texas neftinin qiyməti də bir dollara qədər ucuzlaşıb. Hazırda WTİ neftinin bir bareli 44,79 dollardan satılır.
Qiymətlərin minimuma enməsinə səbəb ABŞ-ın neft ehtiyatlarının həcminin gözlənilmədən artması, OPEK-in hasilatı dondurmaq layihəsinin təhlükə altına düşməsidir. Eyni zamanda kartel ölkələri oktyabr ayında hasilatı artırıb. Neft OPEK-in sentyabrda əldə etdiyi razılaşmadan sonra ən aşağı qiymətə satılır. Əgər bu ay neftin hasilatına kvota qoymaq istəyən ölkələr razılığa gəlsələr, qiymətlərin yenidən artması gözlənilir. Ancaq ekspertlər razılaşmanın imzalanmasını çətin əldə olunacaq nəticə hesab edirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər