Bütün valyutalar bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 3-ü ilə müqayisədə artaraq 1,6596 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8413 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0687 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 26 manat 10 qəpik, 100 lirə 53 manat 08 qəpik, 100 lari isə 67 manat 88 qəpikdir.


Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR