Baxçalı Ərdoğandan tələb etdi: "Edam birinci Öcalana şamil edilməlidir"

Türkiyənin dövlət başçısı Prezident Sarayında MHP lideri Dövlət Baxçalını qəbul edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, 29 oktyabr - Cümhuriyyət Günü ilə bağlı keçirilən tədbirdə bu görüşə ehtiyac olduğu açıqlanmışdı.

Görüşdə Türkiyə daxilində və regionda gedən proseslər barədə müzakirələr aparılıb.
 

Bir saat davam edən görüşdə Türkiyədə edam cəzasının bərpa edilməsi məsələsi ilə bağlı danışıqlar da olub. Dövlət Baxçalı bunun baş verəcəyi təqdirdə, qərarın PKK lideri Abdullah Öcalana da şamil edilməsini tələb edib.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR