"Şeytanlar"ın ayağını sındırdılar: "Fənərbaxça" - "Mançester Yunayted" 2:1
Avroliqanın 2-ci dövrəsinin ilk oyununda "A" qrupunda İstanbulun "Fənərbaxça" klubu öz meydanında İngiltərənin "Mançester Yunayted" komandasını qəbul edib. APA TV-nin məlumatına görə, Azərbaycanda da xeyli azarkeşi olan "sarı lacivərd"lilər oyuna yüksək templə başlayıblar.
İki həftə öncə Mançesterdə böyük hesabla məğlub olan "Fənər" artıq ikinci dəqiqədə irəli çıxıb. Komanda yoldaşından ötürmə alan Musa Sou akrobatik tullanışla topu baş üzərindən ingilislərin qapısına göndərib.
Qarşılıqlı hücumlarla davam edən birinci hissənin 23-cü dəqiqəsində "Fənərbaxça" daha bir dəfə fərqlənə bilərdi. Futbolçunun başla zərbəsi qapının yanından keçib. 34-cü dəqiqədə isə "qırmızı şeytanlar"ın hücumu təhlükəli alınıb, Volkan Dəmirəl yaxşı oynayıb. İlk 45 dəqiqənin sonunda Musa Sou dubl edə bilərdi. Başla zərbə alınmayıb.
İkinci hissə qarşılıqlı hücumlarla başlayıb. İngilislər bir neçə epizodda təhlükəli zərbələr endirsələr də bu, nəticəsiz olub. "Bülbüllər" isə 59-cu dəqiqədə hesab arasındakı fərqi artırıblar. Ceremi Lens cərimə zərbəsindən mükəmməl qol vurub - 2:0.
Hücumlarını davam etdirən "Fənər" 69-cu dəqiqədə daha bir qol vura bilərdi. Qapıçı ilə təkbətək qalan Emenike fürsəti boşa verib.
75-ci dəqiqədə Emenikenin uzaqdan zərbəsini De Xeya çətinliklə tutub. 78-ci dəqiqədə Emenike komanda yoldaşının qapıçı meydançasına ötürməsini boş qapıya göndərə bilməyib.
89-cu dəqiqədə isə britaniyalılar təsəlli qolunu vura biliblər, Runi fərqlənib. İngilislərin gücü bundan artığına çatmayıb. "Fənər" məğlubiyyətin əvəzini çıxıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər