Türkiyənin vurduğu "SU-24"ün pilotunun dul arvadı Çavuşoğlu ilə görüşəcək

Türkiyə Hərbi-Hava Qüvvələrinin vurduğu Rusiyaya məxsus  “SU-24” təyyarəsinin pilotu Oleq Peşkovun həyat yoldaşı Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşməyə hazırdır.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Yelena Peşkova özü bildirib: “Ailəmizə nə qədər ağır olsa da, biz Moskvaya bu görüşə gedəcəyik”, - deyə Peşkova qeyd edək.     

 

Qeyd edək ki, bundan əvvəl Mövlud Çavuşoğlu “Rossiya 24”  telekanalına müsahibəsində Türkiyənin həlak olan pilotun ailəsinə maddi dəstək göstərməyə, özünün isə mərhumun ailəsinə baş çəkməyə hazır olduğunu bildirib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR