Məhəbbət Vəliyeva: "Məktəblərdə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac var"
Ötən il Bakıda çalışan 28 min müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Builki imtahan dekabr ayının əvvəlinə təsadüf edəcək.
APA TV-nin xəbərinə görə, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
“Bu ilin noyabr-dekabr aylarında yeni işə qəbul olunan və ötən il müəyyən səbəblərdən diaqnostik qiymətləndirmədə iştirak etməyən müəllimlər üçün təkrar imtahan keçiriləcək. Həmin imtahanda iştirak edəcək müəllimlərin sayı təxminən 3 mindir. Təbii ki, bu, onların əmək haqqının artmasına da imkan yaradacaq” - deyə o qeyd edib.
Təhsil İdarəsinin rəsmisi məktəblərə istiliyin nə zaman veriləcəyi ilə bağlı sualı da cavablandırıb. O qeyd edib ki, fərdi qazanxanası olan ümumtəhsil müəssisələrində bu baxımdan heç bir problem yoxdur. Lakin mərkəzləşdirilmiş sistemə bağlı olan məktəblərdə istilik noyabrın ikinci yarısından etibarən veriləcək: “Havaların soyuq keçməsi ilə əlaqədar məktəblərdə istiliyin vaxtından əvvəl verilməsinə ehtiyac var. Respublika üzrə istilik noyabrın 15-dən aprelin 15-ə qədər verilir. Bu il biz “Azəristiliktəchizat” ASC-yə müraciət edərkən fərdi qazanxanaları olan məktəblərdə istiliyin verilməsi ilə bağlı müsbət rəy aldıq. Fərqi qazanxana ilə işləyən 117 məktəbə istilik verilib. Amma mərkəzləşdirilmiş qaydada istiliyin verilməsi yalnız məktəblərə şamil olunmur. Digər müəssisələr və fərdi yaşayış mənzilləri də bu istilik əsasında təchiz olunur. Bizə məlumat verilib ki, istilik noyabrın 15-dən veriləcək”.
Qeyd edək ki, bu gün Səbail rayonu üzrə “Məktəb seminarları” keçirilib. Bu ilin sentyabr ayında başlanan təlimlərdə ümumilikdə 12 rayonun təhsil işçiləri iştirak edib. 4000 nəfərə yaxın iştirakçının qatıldığı təlim-seminarlarda direktorlar, fənn müəllimləri, psixoloqlar, kitabxanaçılar müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu il ilk dəfə olaraq valideynlər də seminarlarda iştirak edib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər