İraq ordusu Mosula daxil oldu - KÜÇƏ DÖYÜŞLƏRİ BAŞLAYIR

İraq ordusu 2014-cü ildən bu yana ilk dəfə İŞİD-in nəzarətində olan Mosul şəhərinə daxil olub.

 

APA TV-nin məlumatına görə, İraq Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada orduya bağlı 9-cu zirehli briqadanın şəhərə girdiyi bildirilir.

 

"CNN İnternational"a danışan komandir Tahsin İbrahim birliklərin İntisar məhəlləsinə girdiklərini deyib. Rəsmilər İraq ordusunun şəhər mərkəzinə girməsindən sonra İŞİD-lə daha öncə görülməmiş sərt döyüşlərin baş verəcəyini qeyd edir.

 

ABŞ prezidenti Barak Obamanın İŞİD-ə qarşı koalisiya üzrə xüsusi nümayəndəsi Brett McGurk İraq ordusunun Mosula girməsinin bir "dönüş nöqtəsi" olduğunu vurğulayıb. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR