Obama: "ABŞ və dünyanın gələcəyi təhlükədədir"
ABŞ prezidenti Barak Obama ölkəsinin və dünyanın gələcəyinin təhlükədə olduğunu söyləyib, bütün fərqli etnik kökənli demokratları Hillari Klintona səs verməyə çağırıb.
APA TV-nin məlumatına görə, Karolina ştatında keçirilən mitinqdə danışan Obama ABŞ xalqına səslənərək "Respublikanın taleyi sizin çiyinlərinizdədir" deyib.
Prezident respublikaçı namizəd Donald Trampın çətinliklə qazanılan vətəndaşlıq haqları üçün bir təhdid olduğu qeyd edib:
"Mən bülletendə yoxam, ancaq sizə deyim... Doğruluq bülletendə, ədəb bülletendə, ədalət bülletendə, inkişaf bülletendə və demokratiyamız bülletendədir".
Donald Tramp isə bildirib ki, Obama Klinton üçün kampaniya aparmağı buraxmalı və ölkəni idarə etməyə fokuslanmalıdır. Respublikaçı namizədin sözlərinə görə, son günlər Hillari Klintonun əsəbləri pozulub.
Qeyd edək ki, Federal Təhqiqatlar Bürosu Klintonun dövlət katibi olduğu dövrdə şəxsi e-mail hesabından etdiyi yazışmalarda dövlətə aid gizli məlumatların olub-olmadığını araşdırır. Ötən həftə təhqiqatın yenidən başlamasından sonra Klintonla Tramp arasında səs fərqi azalmağa başlayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər