Azərbaycanda kütləvi dezinfeksiyaya başlandı - SƏBƏB
Ölkədə qrip və kəskin respirator virusa qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb. Bu barədə APA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib.
O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə imzaladığı əmr əsasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sərəncam verilib. Sərəncama əsasən dezinfeksiya tədbirləri ümumtəhsil və məktəbəqədər təhsil müəssisələri, qaçqın və məcburi köçkünlərin sıx məskunlaşdığı yerlər və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə aparılacaq.
Noyabrın 1-də başlayan tədbirlər ayın 12-dək davam edəcək. Dezinfeksiya Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Masallı və Cəlilabadda aparılacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər