Britaniya Ali Məhkəməsi: Avropa İttifaqını tərk etmək qərarını parlament verməlidir
"Birləşmiş Krallığın Avropa İttifaqını tərk etməsi prosesinin başlanması ilə bağlı qərarı parlament qəbul etməlidir". APA TV-nin BBC-yə istinadən məlumatına görə, bunu krallığın Ali Məhkəməsi bəyan edib.
Bu isə o deməkdir ki, hökumət rəsmi danışıqların başlanması üçün Lissabon razılaşmasının 50-ci maddəsini təkbaşına işə sala bilməz.
Britaniya hökuməti isə israr edirdi ki, parlamentlə razılaşma olmadan da, sadəcə, bu ilin iyununda keçirilmiş referendumun nəticəsinə müvafiq olaraq belə bir qərar qəbul edə bilər.
Krallıq parlamentinin və qeyri-hökumət təşkilatlarının aktivistləri də öz növbəsində bu cür mövqeni Konstitusiyaya zidd adlandıraraq, məhkəmə araşdırmasının başlanmasını istəyiblər.
Bu arada İngiltərə hökuməti Ali Məhkəmənin bu qərarı ilə razılaşmadığını və məhkəmənin yuxarı kollegiyasına müraciət olunacağını bildirib. Sözügedən məsələ ilə bağlı təkrar dinləmələr dekabr ayının əvvəllərində keçiriləcək.
Bir qədər əvvəl baş nazir Tereza Mey ölkəsinin ittifaqdan çıxması prosesinə Lissabon razılaşmasının 50-ci maddəsinə uyğun olaraq növbəti ilin martından etibarən başlanacağını bildirib.
Qeyd edək ki, 2016-cı ilin iyununda keçirilən referendum zamanı 51 faiz seçici krallığın Avropa İttifaqını tərk etməsinin lehinə çıxıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər