Sabirabad sakininin evindən narkotik tapıldı: özü axtarılır

Sabirabad sakininin evindən narkotik vasitə olan qurudulmuş marixuana götürülüb.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş 2016” kompleks  tədbirlər planına uyğun əməliyyat keçirib.

 

Rayonun Əsgərbəyli kənd sakini Qarayev Rüstəm Qardaşəli oğlunun evinə baxış zamanı satış üçün nəzərdə tutulan 53 kibrit qutusuna qablaşdırılan və açıq şəkildə ümumi çəkisi 360 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Adı çəkilən şəxsin istintaqdan yayındığı qeyd olunur və onun tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

 

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR