Yağışları külək və duman əvəzləyir - XƏBƏRDARLIQ

Noyabrın 4-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturunun yarımadada gecə 6-9 dərəcə isti, gündüz 11-15 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 4-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Noyabrın 5-də mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR