Lerikdə yenidən dağ uçqunu oldu
Lerikdə yenidən dağ uçqunu qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 2-də Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 10-cu km-liyində, "Dağlar qapısı" deyilən ərazidə baş verib.
Dağdan qopan böyük qaya parçaları yolun tam bağlanmasına və nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşmasına səbəb olub. Hadisədən dərhal sonra rayonun müvafiq qurumları hərəkətə gətirilib. İşçi qüvvəsinin və ağır texnikanın köməyi ilə yol qismən təmizlənməklə maşınların hərəkəti bərpa olunub.
Bununla belə, yoldakı böyük qayanı tərpətmək mümkün olmayıb. Məlumata görə, onu yalnız partlatmaqla ortadan götürmək mümkün olacaq. Bu işin bu gün yerinə yetiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, Lerik-Qosmalian-Kəlvəz avtomobil yolundan rayonun 20-dən çox yaşayış məntəqəsinin sakinləri istifadə edir. Yolda sonuncu dəfə dağ uçqunu oktyabrın 28-də qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər