Sumqayıtda minik maşını qatarın altında qaldı, sürücü öldü

Sumqayıtda dəhşətli hadisə baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 31-ci kilometrliyinin yaxınlığındakı dəmir yolu keçidində "VAZ-2104" markalı avtomobillə qatar toqquşub.

 

Qatarın altında qalan avtomobildəki 40 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR