İŞİD lideri "zühur etdi": "Tərəfdarlarım Türkiyəyə hücuma keçsinlər"
İŞİD terror təşkilatının lideri Əbubəkr Əl-Bağdadi Türkiyəni və Mosul istiqamətində irəliləyən koalisiya qüvvələrini hədələyib.
APA TV-nin məlumatına görə, Bağdadi öz tərəfdarlarını "ateistlərin müttəfiqi" adlandırdığı Türkiyəyə hücumlar təşkil etməyə çağırıb.
Son bir ildə ilk dəfə videomüraciəti yayımlanan Bağdadi bildirib ki, Mosula hücum edən koalisiya qüvvələrini sürprizlər gözləyir. O həmçinin Mosul sakinlərini və Nineviya əyalətində yaşayanları İŞİD ətrafında birləşməyə səsləyib.
Xatırladaq ki, İŞİD liderinin ölümü barədə dəfələrlə məlumat yayılıb. Sonuncu dəfə İranın "Fars" agentliyi Bağdadinin ağır yaralandığı və bir neçə koma vəziyyətində qaldıqdan sonra öldüyü barədə məlumat yaymışdı. İŞİD terror təşkilatı isə bu günə kimi xəbəri təkzib edəcək heç bir görüntü yaymayıb.
Bəzi versiyalara görə, əl-Bağdadi hazırda Mosulda gizlənir. İkinci bir versiyaya əsasən, İŞİD lideri Şimali İraqı tərk edib və terrorçuların paytaxt elan etdiyi Rəqqa şəhərindədir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər