Neft antirekordu yeniləsə də, FES-in qərarı neftə "nəfəs verib"
Birjalarda neft antirekordu yeniləyib. Son 24 saat ərzində "Brent" markalı neftin bir barelinin minimal qiyməti 46,58 dollar olub ki, bu da son ayların ən ucuz göstəricisidir. Səhər keçirilən hərraclarda qiymət 47,39 dollara kimi bahalaşıb. Qərbi Texas neftinin qiyməti də axşam seanslarında minimuma enib. Gecə 45,13 dollardan satılan WTİ neftinin bir bareli gündüz seanslarında 45,75 dollardan təklif olunur.
Qiymətlərin minimuma enməsinə ABŞ-ın neft ehtiyatlarının həcminin gözlənilmədən artması, Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsinə dair qəbul edəcəyi qərar və OPEK-in hasilatı aşağı salmaq layihəsinin təhlükə altına düşməsidir. Bundan başqa Donald Trampın prezident seçilə bilmək ehtimalının artması qiymətli kağızlar bazarında ciddi təlaşa səbəb olub ki, bu da dolayı yolla neftin ucuzlaşmasına təsir göstərib. Qiymətlərin yenidən cüzi də olsa bahalaşmasına Federal Ehtiyat Sisteminin dolların uçot dərəcəsini indiki həddə saxlaması səbəb olub. Ekspertlər neft bazarında qeyri-müəyyənliyin həftə ərzində davam edəcəyini, bu səbəbdən "Brent" neftinin qiymətinin 45 dollar həddinədək enəcəyini proqnozlaşdırır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər