Dolların kursu dəyişmədi, avro, lirə və funt bahalaşdı - YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların bu günə olan rəsmi məzənnəsini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi dəyişməyib. Dolların kursu yenə də 1,6490 manat təşkil edir.

Rəsmi məzənnəyə əsasən, avro, lirə, funt sterlinq bahalaşıb, rubl və lari isə manat qarşısında dəyər itirib.

 

Hazırda 1 avro 1,8329 manat, 100 türk lirəsi 52 manat 92 qəpik, 1 funt sterlinq isə 2,0332 manatdır. Dəyər itirən valyutalardan 1000 Rusiya rublu 26 manat, 100 gürcü larisi isə 67 manat 72 qəpikdir.

 

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnəsini hər gün yeniləyir. 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR