Əfsanəvi kloun Oleq Popov vəfat edib
Dünya şöhrətli kloun, SSRİ xalq artisti Oleq Popov 87 yaşında vəfat edib. O, qastrol üçün getdiyi Rostov şəhərində dünyasını dəyişib.
Oleq Popov 1991-ci ildən etibarən Almaniyada yaşayır və işləyirdi. O, 2015-ci ilin iyununda 24 ildən sonra ilk dəfə Rusiyaya səfər etmişdi.
Məlumata görə, əfsanəvi kloun ürək tutmasından vəfat edib. Rostov sirkinin direktoru Dmirti Rezniçenko bildirib ki, Rostova noyabrın 2-si gecə gələn Oleq Popov səhhətindən şikayətçi olmayıb və mehmanxanada televizora baxarkən qəfildən vəziyyəti pisləşib. Təcili yardım çağırılsa da, həkimlər klounun öldüyünü bildiriblər.
Hazırda Oleq Popovun Almaniyada yaşayan qızı ilə SSRİ xalq artistinin dəfn ediləcəyi yerlə bağlı danışıqlar aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
1148
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1106
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1155
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2073
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2204
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2188