Lökbatanda 26 yaşlı piyadanı maşın vurdu, sürücü qaçdı
Bakıda piyada vurulub. APA TV-nin məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində baş verib.
26 yaşlı Tural Teymurov Lökbatan qəsəbəsində yolu keçərkən, onu naməlum maşın vurub. Avtomobilin sürücüsü yolun qaranlıq olmasından istifadə edərək, yaralı piyadanı hadisə yerində köməksiz vəziyyətdə qoyub və ərazidən uzaqlaşıb.
Tural Teymurov ətrafdan keçən şəxslərin çağırdığı təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Hadisə barədə polisə məlumat verilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları piyadanı vuran və ərazidən uzaqlaşan avtomobilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görür.
OXŞAR XƏBƏRLƏR
17:28
1147
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
1105
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
1153
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2073
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2204
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2188