İraq ordusu Mosulun 1 kilometrliyində: əhali ağ bayraqlar qaldırır
İraq ordusu və kürd silahlı birləşmələrinin beynəlxalq koalisiyanın dəstəyi ilə Mosulun azad edilməsi üçün keçirdiyi əməliyyat 17 gündür davam edir. İraq ordusunun “Qızıl güc” adlandırılan antiterror batalyonu Mosulun 1 kilometrliyində ötən gün azad etdiyi Gökçəli məhəlləsində möhkəmlənir.
Məhəllədə əsgərlər və İŞİD terrorçuları arasında arabir atışmalar olur. İki il yarımdır İŞİD-in nəzarətində olan məhəllənin mülki əhali ağ bayraqlarla evlərini tərk edir və təhlükəsiz bölgələrə köçürülmələrini istəyir. Bəzi sakinlər isə döyüş bölgəsindən qaçır. Bölgəni tərk etməyən sakinlər evlərinin qapı və damlarından ağ bayraqlar asıblar.
İraqın şiə özünümüdafiə dəstələri isə Mosulla Suriyanın Rakka şəhərini birləşdirən yolu nəzarət altına alıblar. Suriyadan hərbi təchizat məhz bu yolla terrorçulara çatdırılır.
Qeyd edək ki, Mosulun İŞİD qruplaşmasından azad edilməsi əməliyyatı oktyabrın 17-də başlayıb.
Mosul şəhəri 2014-cü ilin iyunundan İŞİD-in nəzarətindədir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər