Cənubi Koreya prezidentinin rəfiqəsi həbs edildi
Cənubi Koreya prokurorluğu ölkə prezidenti Pak Kın Henin rəfiqəsi Çoy Sun Silin həbsinə order verib. APA TV-nin məlumatına görə, prezidentin rəfiqəsi ölkədə baş qaldıran qalmaqalın mərkəzi fiqurudur.
Çoy Sun Sil xaricdən ölkəyə qayıtdıqdan və barəsindəki ittihamlarla bağlı dindirildikdən sonra saxlanılıb. O, prezidentlə olan yaxın münasibətləri sayəsində dövlət işlərinə müdaxilədə şübhəli bilinir. İstintaq onun dəlilləri məhv edə biləcəyindən ehtiyatlanır.
Çoy Sun Sil ötən istirahət günləri Avropadan Cənubi Koreyaya istintaqa ifadə vermək üçün qayıdıb. O, bütün ittihamları rədd edir.
Bundan əvvəl Cənubi Koreya prezidenti Pak Kın Hen Çoy Sun Sillə münasibətlərini etiraf etmiş və xalqdan üzr istəmişdi. Prezidentin rəfiqəsinin dövlət işlərinə müdaxiləsi şübhələri Cənubi Koreyada kütləvi etirazlara və dövlət başçısının istefası tələbinə səbəb olub.
Çoy Sun Sil Cənubi Koreyadakı şaman kultuna başçılıq edən və 1994-cü ildə dünyasını dəyişən Çoy Txe Minin qızıdır. O, heç bir dövlət vəzifəsi tutmasa da, prezidentin çıxışlarını idarə edib, eləcə də ölkənin birinci şəxsi ilə münasibətləri səbəbilə iri korporasiyalardan pul toplayıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər