Bərdədə tənha qadının meyiti tapıldı

Bərdədə yaşlı qadının meyiti yaşadığı evdən tapılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, qadın uzun illərdir məcburi köçkünlərin məskunlaşdığı ərazidə tənha yaşayırmış.

 

Ailəsi haqqında heç kimə məlumat verməyən qadın adının Sona olduğunu deyib. 70-dən çox yaşı olan qadının 3 gündür evindən çölə çıxmadığını deyən qonşular gecələr işığının yanmadığını da görüblər. Məhz bundan sonra şübhələri artıb və Bərdə polisinə məlumat veriblər.

 

Qadının evinə baxış keçirən polislər onun meyitini aşkarlayıblar. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılaraq müayinə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR