Bərdədə bir ailə qidadan zəhərləndi
Bərdə rayonunda qidadan zəhərlənmə baş verib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya bildirib ki, 1972-ci il təvəllüdlü Könül Məmmədova, onun oğlu, 1994-cü il təvəllüdlü Pərviz Məmmədov, qızı Cəmalə, nəvələri - 5 yaşlı Cahid və Cihan Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin müayinələrə əsasən zəhərlənməyə ev şəraitində hazırlanan pomidor turşusunun səbəb olduğu məlum olub. Onun sözlərinə görə, turşudan nümunələr bu gün mərkəzə gətirilib, lazımi müayinələr aparılacaq.
Xəstələrdən də nümunələr götürülüb, yekun nəticələr bir neçə gün ərzində məlum olacaq.
Cəmalə Məmmədova APA TV-yə hadisəni belə nəql edib: “Uşaqlarla anamgilə getmişdim. Mən çox az miqdarda turşu yedim. Anam, qardaşım və 5 yaşlı oğlum turşudan yedikdən sonra vəziyyətimiz pisləşdi”.
Zəhərlənən ailə üzvlərindən 3-nün müalicəsi davam etdirilir, 2-nin vəziyyəti yaxşı olduğundan həkim nəzarətində ambulator müalicəyə buraxılıblar. 5 yaşlı Cihanın vəziyyəti ağır olaraq qalır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər